Türkiyənin İstanbul şəhərində 4 gün müddətində bütün toplantı, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.
Bu barədə İstanbul valiliyindən məlumat verilib.
"Bölgə daxilində ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında valiliyimiz tərəfindən bütün toplantı, nümayiş və mətbuata açıqlamalar 4 gün müddətinə qadağan edilib", - deyə məlumatda bildirilib.