Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.
İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə məlumat təqdim edib.
"Cebheinfo.az"