AZ

"Azər Türk Bank"dan müştərilərinə bayram günlərində 5% kəşbek

Dövlət bankı Azər Türk Bank Novruz və Ramazan bayramları günlərində Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində aparılan əməliyyatlar üzrə kampaniya elan edir.

 

Belə ki, 2025-ci il 20 mart tarixindən etibarən Bankın atb card debet və yeni nəsil əməkhaqqı kartı sahiblərinə marketlərdə təmassız ödənişlər zamanı 5% həcmində
kəşbek hesablanacaq. Kampaniya dövrü ərzində müştəriyə hesablanacaq maksimum cashback limiti 200 manat səviyyəsindədir. Kampaniyanın müddəti 31 mart daxil olmaqla həmin tarixədəkdir.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Seçilən
8
5
sfera.az

5Mənbələr