AZ

Bu bankların əmlakları hərraca çıxarılır - Siyahı

Ləğv prosesində olan bankların daşınmaz əmlaklarının satışı üzrə hərrac keçiriləcək.

Valyuta.az xəbər verir ki, hərrac  aprelin 1-də "Bakı Hərrac Mərkəzi"ndə həyata keçiriləcək.

Hərraca çıxarılacaq bankların siyahısı aşağıdakılardır:

“Günay Bank” - Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3a ünvanında dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsi

"NBC Bank" -  Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanında dəyəri 2,3 milyon manat 281,2 kv.metrlik və 500 min manat olan 263 kv.metrlik qeyri-yaşayış sahələri

"Zamin Bank" - Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında dəyəri 491 min manat və 190 min manat olan 216,3 kv.metrlik, 326 min manat olan 143,4 kv.metrlik qeyri-yaşayış sahələri

AtraBank”- Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dəyəri 1,6 milyon manat olan 436,2 kv.metrlik qeyri-yaşayış sahəsi

“Texnika Bank” - Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 389 min manat olan 185,4 kv.metrlik qeyri-yaşayış sahəsi

“Qafqaz İnkişaf Bankı” - Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsi

"NBCBank" - Şamaxı rayonu, Məlhəm kəndində dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evi

"AGBank" - Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 255 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok B, 5-ci mərtəbə, qapı 1 ünvanında yerləşən dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsi

"Bank Standard” - Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanındakı dəyəri 412,25 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahəsi

Sərvanə Rəmixanova

Seçilən
80
20
valyuta.az

10Mənbələr