AZ

Son iki ayda Azərbaycanın meyvə-tərəvəz ixracı idxalını üstələyib

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 109 milyon ABŞdolları dəyərində 100,4 min ton meyvə və tərəvəz ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstəricilərləmüqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 9,5 milyon ABŞdolları və ya 9,6%, həcmi isə 13,3 min ton və ya 15,3% artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,29%,qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22,47%-ə bərabərolub.

Həmçinin, bu ilin ilk iki ayında Azərbaycana ümumi dəyəri 66milyon ABŞ dolları olan 88,1 min ton meyvə və tərəvəz idxal olunub.2024-cü ilin eyni ayları ilə müqayisədə meyvə və tərəvəz idxalınındəyəri 2,8 milyon ABŞ dolları və ya 4,5% artıb, həcmi isə 3,5 minton və ya 3,8% azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,59%təşkil edib.

Beləliklə, hesabat dövründə meyvə və tərəvəz ixracı idxalı dəyərifadəsində 1,6 dəfə, həcm ifadəsində isə 1,1 dəfə üstələyir.

Seçilən
67
4
az.trend.az

5Mənbələr