AZ

Zaxarova Böyük Britaniya və Aİ-nin Rusiya aktivləri ilə bağlı planları "ağılsızlıq" adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Böyük Britaniya və Aİ-nin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsini müzakirə etməsini “ağılsızlıq” adlandırıb.

Redaktor.az bu barədə Sputnik radiosuna istinadla xəbər verir.

Zaxarova, bu mövzuda Sputnik radiosunun efirində London və Brüsselin planlarına sərt reaksiya verib.

Zaxarova, xüsusilə Böyük Britaniya ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud vəziyyətini vurğulayaraq, “Bu görüşün dəliliyi ondan ibarətdir ki, Britaniya artıq Aİ-nin üzvü deyil və Aİ uzun müddətdir ki, Britaniyadan ayrılıb”, – deyə bildirib. O, Britaniya xarici işlər naziri Devid Lammi və Aİ diplomatiyasının rəhbəri Kaja Kallas arasında keçiriləcək mümkün görüş barədə danışıb.

Bloomberg-in xəbərinə görə, Lammi və Kallas dondurulmuş Rusiya vəsaitlərinin ələ keçirilməsi üçün hüquqi və maliyyə əsaslarının tapılmasını müzakirə edəcəklər. Bu addım, Rusiya ilə əlaqədar davam edən mübahisələr və beynəlxalq siyasətdəki gərginlikləri daha da dərinləşdirə bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
99
50
redaktor.az

10Mənbələr