Xalq artisti Tünzalə Ağayeva Xankəndiyə yollanıb.
Yenisabah.az xəbər verir ki, buna səbəb orada keçirilən konsert proqramında iştirak idi. İlaxır çərşənbəyə həsr olunan gecədə pop ulduz bir sıra hitlərini səsləndirib.
İzləyicilər müğənni ilə birlikdə bütün mahnıları əzbərədən söyləyib. Tünzalə Ağayevanın çıxışı böyük coşqu, izdiham və gür alqışlarla qarşılanılıb. Xalq artistinin çıxışından sonra isə pərəstişkarlar onunla birlikdə fotolar çəkdiriblər.
İlk dəfədir Xankəndiyə gedən estrada ulduzu sevincini bölüşüb: “İlaxır çərşənbəmiz, Novruzumuz xeyirli olsun. Novruz xeyir, bərəkət, sağlıq gətirsin. Bu, həyatımın ilk səfəri idi Xankəndiyə və məhz belə bir gündə burada səhnə almaq məni çox gürurlandırdı. Xankəndi, səni görmək ən böyük bayramdır”.
Qırmızılara bürünən estrada ulduzunun geyimi də böyük maraqla qarşılanılıb. Onun Novruz obrazı üzərində yerli dizaynerlər çalışıb. Saç düzümü və makiyaj isə stilist Sabir Bağırova məxsusdur.
Telegram kanalımız