AZ

“Azadlıq” radiosu Qlobal Media Agentliyinə qarşı iddia qaldırdı

Azad Avropa/Azadlıq Radiosu ABŞ-ın Qlobal Media Agentliyini maliyyənin kəsilməsinə dair sərəncamla bağlı məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, ərizədə iddiaçı qismində Azad Avropa/Azadlıq Radiosu, stansiyaya nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM), həmçinin agentliyin icraçı direktoru vəzifəsini icra edən Viktor Morales və onun baş məsləhətçisi Keri Leyk cavabdeh qismində göstərilir.

Sənəddə deyilir: “Bu vəsaitlərə çıxışı olmayan “Azadlıq” radiosu tezliklə praktiki olaraq fəaliyyət göstərə bilməyəcək, çünki (digər şeylərlə yanaşı) müstəqil jurnalistləri işdən çıxarmağa, icarə və müqavilələrə xitam verməyə və işçilərini ixtisar etməyə məcbur olacaq”.

Şikayət ərizəsində deyilir ki, Azad Avropa/Azadlıq Radiosu artıq 7,46 milyon dollar maliyyə vəsaitindən məhrum olub. 


Telegram kanalımız
Seçilən
29
1
yenisabah.az

2Mənbələr