18.03.2025-ci il tarixində saat 22:40 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri səbəbilə hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi yardımlar göstərilib.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.
***10:06
Gəncədə 3 nəfər maşını sürətlə sürən sürücünü döyüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.
Belə ki sürücü küçədən sürətlə keçdiyi üçün 3 nəfər onu döyüb. Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.
Daha sonra sürücü və zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Onlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.
Hazırda faktla bağlı araşdırmalara aparılır.