
"Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"na, əsasən, qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması şəxsin sərxoşluq vəziyyətində olduğunu göstərir. Belə olan halda isə 0%-li pivələri istehlak etmək olmaz. Bəs, görəsən, 0.0%-li pivə ilə bağlı vəziyyət necədir?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, tam 0%-li alkoqolsuz pivə avtomobil idarə etməyə mane olmur:
“İllərdir bazarda 0% adı ilə müxtəlif pivə məhsulları satılır, lakin bu məhsulların etiketinə diqqətlə baxdıqda görürük ki, tərkibində 0,5% spirt var. Bu da o deməkdir ki, yol polisinin yoxlanışı zamanı icazə verilən normadan artıq spirt ortaya çıxır. Son vaxtlar bazara yerli istehsal, tam 0% diaqnozlu pivə daxil olub. Bu məhsul, həqiqətən də, tamamilə sprirtsizdir. İstehsalçı tərəf də açıqlayıb ki, bu pivəni içərək rahatlıqla sükan arxasına keçmək olar”.

“Azərbaycanda istehsal olunan 0.0%-li alkoqolsuz pivələrdən bu günə qədər Azad İstehlakçılar Birliyinə şikayət daxil olmayıb. Birliyimizin Qida Təhlükəsizliyi Agentliyindən aldığı məlumata görə, Azərbaycanda istehsal olunan 0.0%-li alkoqolsuz pivənin tərkibində həqiqətən də alkoqol yoxdur”.
Qeyd edək ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək sizin hadisələrə reaksiyanızı ləngidir, görmə qabiliyyətinizi bulanıqlaşdırır, sizi yuxulu və yorğun hiss etdirir.

Reklam hüququnda