AZ

Azərbaycanda 2021-2024-cü illərdə sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb

Bakı, 19 mart, AZƏRTAC

Sahibkarlar tərəfindən 2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb, 865 daimi iş yeri yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür.

Sənaye zonalarının fəaliyyəti ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.

Seçilən
139
8
azertag.az

7Mənbələr