Ekvador prezidenti Daniel Noboa ölkədə artan banda problemi ilə mübarizə üçün ABŞ, Braziliya və Avropadan hərbi yardım istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Ekvador Prezidenti Daniel Noboa BBC-yə deyib ki, Ekvadorun "beynəlxalq narkotik-terror qrupları" adlandırdığı qruplarla mübarizə aparmaq üçün daha çox əsgərə ehtiyacı var.
“Dünyadakı kokainin 70 faizi Ekvadordan gəlir” deyən Noboa ABŞ prezidenti Donald Trampdan Ekvador quldur dəstələrini “terror təşkilatı” kimi tanımasını istəyib.