Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu turun son oyunları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, turun ilk və turun maraqla gözlənilən oyunu Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. “Şəki” komandası saat 14:00-da öz meydanında “Gəncə” ilə qarşılaşacaq. Bu matç "B" qrupunda 1-ci yerin sahibinə aydınlıq gətirəcək.

Daha sonra oyunlar Sərhədçi İdman Mərkəzində davam edəcək. Saat 16:00-da NTD və “Sabah” komandaları üz-üzə gələcək.

Günün son matçında isə saat 19:00-da “Sərhədçi” və “Neftçi” komandaları qarşılaşacaq.

19 mart, ABL 19-cu tur

14:00 "Şəki" - "Gəncə" 83:83 (17:22; 21:27;18:15)

Şəki OİK

16:00 NTD - "Sabah"

Sərhədçi İdman Mərkəzi

19:00 "Sərhədçi" - "Neftçi"

Sərhədçi İdman Mərkəzi