AZ

“Neftçi”nin veteranları qocalar evində - FOTO

“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar.

İdman.biz xəbər verir ki, klubun təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.

Bayram abu-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub, futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələri təqdim olunub.

İdman.biz

Seçilən
11
11
idman.biz

10Mənbələr