Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 1 aprel2025-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərində yerləşənHeydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağsu və Kürdəmirrayonlarının sakinlərini qəbul edəcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, ocümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsindəəhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarıdinləyəcək.
Qəbula 31 mart 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu([email protected]),010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəlitelefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digəridarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda aprel ayıüzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.