AZ

Qəzzada BMT əməkdaşı həlak oldu

İsrail Silahlı Qüvvələrinin Qəzza sektoruna zərbə endirməsi nəticəsində BMT-nin himayəsi altında fəaliyyət göstərən təşkilatın ən azı bir əməkdaşı həlak olub, daha beş nəfər isə yaralanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin Qəzzanın mərkəzinə hava hücumu nəticəsində BMT-yə məxsus təşkilatlarda çalışan altı əcnəbi yaralanıb. Onlardan biri "Şuhada əl-Əqsa” xəstəxanasına çatdırıldıqdan sonra ölüb", - nazirliyin “Telegram” kanalında bildirilib.
Onların BMT-nin hansı strukturlarında işlədikləri barədə məlumat verilmir.

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr