AZ

Məşhur rejissordan "Netflix"ə 11 milyon dollarlıq zərbə - Həbs edildi

ABŞ-da məşhur Hollivud rejissoru Karl Erik Rinş serial çəkəcəyini iddia edərək “Netflix”i 11 milyon dollar aldatmaqda ittiham edilib.

Publika.az xəbər verir ki, prokurorluğun hazırladığı ittiham aktına görə, "Netflix" 2018-2019-cu illərdə istehsalı davam edən “White Horse” serialını almaq üçün Rinşə 44 milyon dollar ödəyib.

Həmçinin rejissor serialı tamamlamaq üçün “Netflix”dən əlavə 11 milyon dollar istəyib. Lakin o, bu vəsaiti çəkilişləri bitirmək üçün istifadə etmək əvəzinə şəxsi hesabına köçürüb.

Bu pulla kriptovalyuta və lüks avtomobillər aldığı iddia edilən 47 yaşlı rejissor fırıldaqçılıq, çirkli pulların yuyulması və qeyri-qanuni fəaliyyətlərdən gəlir əldə etmək ittihamları ilə həbs edilib.

Seçilən
33
2
publika.az

3Mənbələr