Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibasiç 43 yaşında vəfat edib.
2023-cü ilin mart ayında Delibasiçə beyin şişi diaqnozu qoyulub və əməliyyat olunub. O, qısa zamanda futbola qayıdıb və "Buduçnost"un idman direktoru olub. Ancaq sonra xəstəlik yenidən ortaya çıxıb.
Delibasiç "Partizan"la Serbiya, "Benfika" ilə isə Portuqaliya çempionu olub. O, “Rayo Valyekano”, “Herkules”, “Real Sosyedad”, “Malyorka” və digər klublarda da çıxış edib. O, Monteneqro millisində 21 oyunda 6 qolun müəllifi olub.//Publika.az