Bakı. Trend:
Azərbaycan ABŞ-nin ən iri neft şirkətlərindən olan “ExxonMobil”ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarınımüzakirə edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.
Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ınprezidenti Rövşən Nəcəf “ExxonMobil” korporasiyasınınvitse-prezidenti Con Ardillə görüşüblər.
Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitininəlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksəkmarağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühümlayihələri reallaşdırmağa imkan verir.
Görüşdə “ExxonMobil” korporasiyası ilə enerji sahəsindəuzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirildiyi qeyd olunub,işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib.