Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Xol Qarabucaq kənd sakini, 1950-ci il təvəllüdlü Eyvaz Abdulxeyir oğlu İbadov qonşunun antenasını düzəldərkən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az