AZ

Serxio Ramos yeni klubunda rekorda imza atdı

"Real Madrid", "Sevilya" və PSJ-nin sabiq futbolçusu, hazırda "Monterrey"də çıxış edən Serxio Ramos dünya futbolunun tarixinə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb .

Mənbənin hesablamasına görə, o, qırmızı vərəqə sayına görə rekordçu olub. "Pumas"la matçda aldığı qırmızı vərəqə ispaniyalının karyerasında otuzuncu olub. Beləliklə, o, Felipe Baloyinin rekordunu qırıb.

Qeyd edək ki, Serxio 2025-ci ilin fevralından Meksika "Monterrey"inin şərəfini qoruyur. Sözügedən komanda hazırda 12 turdan sonra 19 xalla çempionatın turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.

Ramos bu mövsüm artıq 5 oyun keçirib və 3 qol vurub.

​​​​​​"Cebheinfo.az"

Seçilən
17
3
cebheinfo.az

4Mənbələr