Martın 19-da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda 190 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Cüdoçularımız Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcəklər
Cüdoçularımız Çexiyada təlim-məşq toplanışına qatılıblar
Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək
Cüdoçularımız Olimpiya Təlim Düşərgəsində iştirak edirlər
Yeniyetmə cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər