Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Aznews.az xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti martın 24-dək davam edəcək.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.