İnnovasiya və sürət lideri “Bakcell” Təhsilin İnkişafı Fondu (TİF) ilə birgə əməkdaşlığı çərçivəsində tələbələrə DaimOnline paketi ilə 5GB internet hədiyyə edir.
Mia.az-ın məlumatına görə, “TələbəPlus” kartına sahib olan tələbələr bu üstünlükdən faydalana biləcəklər.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.