Demokrat.az xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov çərşənbə axşamı Putinlə Tramp arasında telefon danışığı zamanı təkbətək görüş məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala cavabında deyib:
“Dünən, yox. Amma belə bir görüşün baş tuta biləcəyi ilə bağlı ümumi anlaşma var”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ və Rusiya liderlərinin Səudiyyə Ərəbistanında görüşünün baş tutmasının ehtimalının olduğunu bildirmişdi.