AZ

İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə çatdırılıb. 

Far.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. 

Fərmana əsasən, nazirliyin Aparatının işçilərinin say həddi 409-dan 459-a, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi isə 260-dan 280-ə çatdırılıb.

Seçilən
103
34
far.az

10Mənbələr