AZ

İtaliya sahillərində miqrantların olduğu qayıq batdı - Ölənlər var

Bu gün, 22:57

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
reportyor.tv xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 6-sı kişi və 4-ü qadın olmaqla, 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb. Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.
Mühacirlərin Fil Dişi Sahili, Seneqal, Qvineya və Malayziya vətəndaşları olduqları bildirilib.
Tunisin Sfaks şəhərindən yola çıxan rezin qayıqda 56 nəfər olub.

Seçilən
102
8
Reportyor.tv

10Mənbələr