AZ

Tarix təkrarlandı: ÇL-in finalı Bakıda keçirilməyəcək

Bu gün, 22:56

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.
reportyor.tv xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Qitənin ən nüfuzlu klub turnirinin sözügedən ildəki həlledici qarşılaşması İspaniyanın paytaxtı Madriddə yerləşən “Metropolitano” stadionunda oynanılacaq. 2027-ci ildə baş tutacaq final görüşünə ev sahibliyi etmək üçün yalnız Bakı və Madrid şəhərləri öz namizədliklərini irəli sürmüşdü.
Xatırdadaq ki, 2019–cu ildə də bu stadionlar Çempionlar Liqasının finalına namizəd olublar. Həmin vaxt UEFA qitənin bir nömrəli klub turnirin finalını “Metropolitano”ya tapşırmışdı. Əvəzində Bakıya Avropa Liqasının finalı həvalə edilmişdi.

Seçilən
55
11
Reportyor.tv

10Mənbələr