AZ

Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu - Zelenski

ABŞ Prezidenti Donald Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu.

Publika.az xəbər verir ki, bunu Donald Trampla telefon danışığından sonra Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında yazıb.

Zelenski martın 19-da ABŞ lideri Donald Trampla keçirdiyi telefon danışığından sonra “bu il davamlı sülhün əldə oluna biləcəyinə” əminliyini ifadə edib.

Onun sözlərinə görə, Ukrayna və Amerika heyətləri sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini davam etdirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdır.

"Mən Donald Trampa martın 11-də Ciddədə Ukrayna və Amerika komandalarının işinin yaxşı və məhsuldar başlamasına görə təşəkkür etdim - komandaların bu görüşü müharibənin sona çatması istiqamətində irəliləyişə əhəmiyyətli dərəcədə kömək etdi. Biz razılaşdıq ki, müharibəni sona çatdırmaq üçün Ukrayna Amerika lideri ilə birlikdə çalışmalıdır. Bu il davamlı sülh əldə edilə bilər”, - deyə Zelenski əlavə edib.

O, Trampın Putinlə söhbətinin təfərrüatlarını və müzakirə olunan əsas məsələləri onunla bölüşdüyünü bildirib:

Seçilən
49
6
publika.az

2Mənbələr