AZ

Nuhoğlunun evindən milyonlar çıxdı

İstanbul bələdiyyəsinə qarşı aparılan araşdırmada haqqında saxlanılma qərarı verilən Ali Nuhoğlunun tutulması ilə bağlı bəzi detallar üzə çıxıb.

Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, onun evində 40 milyon lirə pul aşkarlanıb.

Nuhoğlu daha öncə dəyəri 50 milyon lirə olan 3 villasını 15 milyon lirəyə Əkrəm İmamoğluna verməsi ilə gündəmə gəlmişdi.

Xatırladaq ki, CHP-dəki pul sayma görüntüləri ilə bağlı açılan iş çərçivəsində şahid ifadələri əsasında İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da daxil olduğu 100 nəfər haqqında saxlanılma qərarı verilib. İstintaq nəticəsində İmamoğlunun cinayətkar şəbəkənin lideri olduğu üzə çıxıb. Haqqında saxlanılma qərarı verilən 19 şübhəli hələ də axtarılır.

Seçilən
29
1
publika.az

6Mənbələr