AZ

Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları ləğv etdi

Böyük Britaniya Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun adını sanksiya siyahısından çıxarıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Birləşmiş Krallığın Maliyyə Sanksiyalarının Həyata keçirilməsi İdarəsinin (OFSI) yaydığı məlumatda belə deyilir.

 

Məlumata görə, F.Əhmədovun aktivləri daha dondurulmuş hesab edilmir.

 

Xatırladaq ki, milyarder 2023-cü ilin sentyabrında Avropa İttifaqının sanksiya siyahısından çıxarılmışdı. O, 2022-ci il aprelin 8-də sözügedən siyahıya daxil edilmişdi. Sanksiyaya səbəb kimi sahibkarın Kremlə yaxınlığı, Rusiya iqtisadiyyatının aparıcı sektorlarında işləməsi göstərilirdi. Bununla yanaşı, F.Əhmədov 2024-cü ildə Avropa İttifaqı Şurasına məhkəmədə qalib gəlmişdi.

Seçilən
34
4
senzor.az

6Mənbələr