Ermənistanın Baş naziri sülh sazişi ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir.
"Ermənistan-Azərbaycan sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir".
Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz "X" hesabında bildirib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevə razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı birgə məsləhətləşmələrə başlamağı təklif edirəm", - paylaşımda deyilir.