AZ

Yaponiyanın baş naziri Trampla tarifləri müzakirə etməyə ümid edir

Yaponiyanın baş naziri Trampla tarifləri müzakirə etməyə çalışacaq.

Yaponiyanın baş naziri Şiqeru İşiba gələn həftə ABŞ prezidenti Donald Trampla Amerika tarifləri ilə bağlı vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparacağını gözləyir.

Operativ Media xəbər verir ki, İşiba bu haqda  YTV-yə danışıb.

"Mən gələn həftə ərzində prezident Trampla telefon danışığı aparmaq istərdim" deyə o bildirib. 

O, söhbətin əsas mövzusunun Amerika tarifləri ətrafındakı vəziyyət olması lazım olduğunu vurğulayıb.

Bundan əvvəl siyasi partiya rəhbərləri ilə görüşdə İşiba vurğulamışdı ki, hazırda Trampla telefon danışıqları aparmaq üçün hazırlıq gedir. Yaponiya hökumətinin başçısı qeyd edib ki, Yaponiya tərəfini yeni rüsumlardan azad etmək barədə birbaşa ABŞ prezidenti ilə danışıqlar aparmağa çalışacaq. Bundan əvvəl Yaponiya tərəfi müxtəlif səviyyələrdə, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri Ağ Evi Yaponiyanı, xüsusən də avtomobillərə görə rüsumlardan azad etməyə inandırmağa çalışsa da, bu cəhdlər nəticə verməyib.

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal avtomobillərinə 25%-lik gömrük rüsumları tətbiq edib.Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Seçilən
204
50
operativmedia.az

10Mənbələr