AZ

Yəməndən Tel-Əviv aeroportuna ballistik raket atılıb

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəsli ballistik raket zərbəsi endiriblər...

Oxu.Az xəbər verir ki, bunu husilərin hərbi nümayəndəsi Yahya Saria deyib.

Onun sözlərinə görə, hərbi əməliyyat zamanı "Fələstin-2" hipersəsli ballistik raketlə Ben-Qurion aeroportuna hücum edilib: "Bu əməliyyat öz məqsədinə uğurla çatıb".

Xatırladaq ki, Qəzza zolağında münaqişə kəskinləşəndən sonra "Ənsar Allah" İsrail ərazisini atəşə tutacağını bəyan edib.

Poliqon.info

 

Seçilən
76
1
poliqon.info

2Mənbələr