Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Sirab kəndində "Niva" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Redaktor.az bu barədə APA-ya istinadla xəbər verir ki, dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.
Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.