Bakı. Trend:
Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmətprinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətindaxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləniyolverilməz hesab edir. Ölkəmiz hər zaman demokratik təsisatlarıninkişafına böyük önəm verir. Bu baxımdan bir çox beynəlxalq siyasiqurumlarla əməkdaşlıq əlaqələri qurulub. Amma zaman keçdikcə bəzibeynəlxalq siyasi institutlar müxtəlif maraq qruplarının əlindəalətə çevrilərək müstəqil siyasət həyata keçirən ölkələrə qarşıtəzyiq vasitəsi kimi istifadə olunmağa başladı. Bu çirkinkampaniyaları “demokratiyaya dəstək”, “insan hüquqlarınınmüdafiəsinə dəstək”, “azad mətbuata dəstək” və s. bəhanələr pərdəsiilə örtməyə çalışdılar. Əsl məqsəd müstəqil siyasəti qəbul etməmək,hər vasitədən istifadə edərək öz maraqlarını reallaşdırmaq olub. Busırada ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilənBeynəlxalq İnkişaf Agentliyi – USAID, “Azad Avropa/Azadlıq Radiosu”Media Korporasiyaları ön planda olublar. Bu qurumlar uzunonilliklər ərzində müxtəlif dövlətlərə, xalqlara, o cümlədənAzərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkilediblər. Guya müstəqil olan bu cür qurumlar əslində siyasiproseslərə müdaxilə etməyi, cəmiyyətləri çaşdırmaq, ictimai-siyasiprosesləri manipulyasiya etməyi, dövlətçilik prinsiplərinizəiflətməyi fəaliyyətlərində əsas istiqamət seçmişdilər. Buməqsədlə ölkə daxilində öz maraqları üçün şəbəkə formalaşdıraraqmüxtəlif çirkin niyyətlərini həyata keçirməyə cəhdlər edirdilər.Amma ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra həminqurumların əsl siması ifşa olundu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp martın14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumətstrukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədəazaldılması haqqında sərəncam imzaladı. Agentlik “Azadlıq radiosu”media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına danəzarət edir. “Amerikanın səsi” və “Azadlıq radiosu” uzunonilliklər ayrı-ayrı dövlətlərə, xalqlara, o cümlədən Azərbaycandövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Özüdə bu çirkin oyunlar USAID-ın “humanitar” yardım göstərmək adı iləbu media qurumlarına ayırdığı “qrant”lar vasitəsilə həyatakeçirilib. ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimiistifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın səsi” uzun illərtəyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə vədigər məqsədlər üçün istifadə edilib. Donald Trampın bu qurumlarınhökumətdən maliyyələşdirilməsinə son qoyulması ilə bağlı qərarıerməni lobbisinin, həmçinin dünya ölkələrində sabitliyinpozulmasında maraqlı qüvvələr tərəfindən hiddətlə qarşılanıb. Həttaonlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər.Səbəb aydındır. Tramp onların illərdir yaratdığı bataqlığıqurutmağa başlayıb. Prezident İlham Əliyev XII Qlobal BakıForumunun açılış mərasimindəki çıxışında onilliklərlə ermənidiasporunu dəstəkləyən belə strukturların fəaliyyətinə toxunaraqbildirdi ki, dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin vəonların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq: “Çünkionlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir.Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAIDidi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxorAmerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil.Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki,erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm,adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım NensiPelosi və bir çox digərləri var. Onlar onilliklər ərzindəAzərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün BirləşmişŞtatlarda erməni diaspor təşkilatlarından pullar alıblar.Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlararzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, bizUSAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanınorqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necərüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necəistifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarınınecə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Bizəlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq”.
Vüqar Rəhimzadə vurğulayıb ki, “Azadlıq” radiosunun “demokratikdəyərlər” bəhanəsi ilə destruktiv fəaliyyətlə məşğul olduğudəfələrlə bəyan edilib. Bu qurum Azərbaycana qarşı qərəzliməlumatların paylaşılmasını birbaşa təşviq edərək hər zaman riyakarfəaliyyəti ilə seçilib. “Soyuq müharibə” dövrünün təbliğat vasitəsiolan “Azadlıq radiosu” və “Amerikanın səsi” uzun illər ərzindəyalan informasiyalar yaymaq, başqa ölkələrin daxili işlərinəmüdaxilə etməyə cəhd etməklə məşğul olublar. Adıçəkilən qurumlarkeçmiş işğal dövründə Azərbaycanın ərazilərinin işğalını,suverenliyinin pozulmasını, bir milyona yaxın soydaşımızın qaçqınvə məcburi köçkün düşməsini dünyaya çatdırdılarmı? Xeyr! Əksinəaldıqları sifarişlərə uyğun olaraq birmənalı şəkildə Ermənistanın,erməni lobbisinin maraqlarını uyğun çirkin təbliğatla məşğuloldular. İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterrortədbirləri və ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 zamanıbu qurumlar öz çirkin təbliğatlarını davam etdirdilər. Hər zamanAzərbaycanın uğurlarına kölgə salmağa və ictimai rəyi manipulyasiyaetməyə çalışıblar. Ötən illər ərzində Azərbaycanla bağlı qərəzli vəikili standartlardan çıxış edən çoxlu sayda materiallaryayımlayıblar. Bu baxımdan həmin qurumların fəaliyyətinin ləğvi vəya məhdudulaşdırılması müxtəlif xarici qüvvələrin dövlətin daxiliişlərinə qarışmaq cəhdlərinin qarşısının alınması baxımından vacibaddımdır. Ümid edirik ki, Tramp administrasiyasının qərarı müxtəlifölkələrə, o cümlədən Azərbaycana qarşı da çirkin kampaniyalarhəyata keçirmiş bu şər yuvalarının fəaliyyətinə birdəfəlik sonqoyacaq. Dövlətimizin başçısı İlham Əliyev ötən il Şuşada keçirilən“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bir daha diqqəti bureallıqlara yönəltdi ki, Azərbaycan haqqında beynəlxalq mediadayayılan məlumatlar həqiqətə uyğun olmur. Faktların manipulyasiyasıdiqqətdən kənarda qalmır. Ölkəmiz uzun illər bunun qurbanı olub.Əlbəttə, onlardan biri Ermənistan və Azərbaycan arasındakımünaqişə, bütün erməni diasporunun səfərbər olması idi.Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşıhücum edirdilər. Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdimedirdilər. Ölkəmizə gələn xarici qonaqlar bildirirdilər ki, bizAzərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik.Dezinformasiyalar beynəlxalq ictimaiyyətin diqqətini əsasməsələlərdən yayındırır və tamamilə qeyri-realist ssenarilərüzərinə yönəldir.
Millət vəkili bildirib ki, bütün cəhdlərə baxmayaraq Azərbaycandaim ardıcıl şəkildə hədəflərə doğru inamla addımlayır. Ədalətə vəbeynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olmaqlayanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, sözsahibliyini möhkəmləndirir.