
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli məsələsi ilə bağlı telefon danışığı aparmağı planlaşdırır. “Ulusum”.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazır.Ərdoğan artıq martın 16-da ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Administrasiyasının xəbər verdiyi kimi, siyasətçi Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək səylərini dəstəklədiyini bildirib.Nəşrin yazdığına görə, Ankara Ərdoğanla Tramp arasında aparılan danışıqların nəticələrindən razıdır.
Diqqət Çəkənlər
Putin və Trampın söhbəti tarixə düşüb
Azərbaycanda süni intellekt strategiyası təsdiqlənib - SƏRƏNCAM
"Bahar tələsi": Ev üsulları ilə VDD ilə mübarizə