AZ

İran yaxın zamanda Trampın məktubuna cavab verəcək

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə ünvanladığı məktuba tezliklə cavab verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi yerli televiziya kanalının efirində deyib.

"Biz qətiliklə təzyiq, təhdid və artan sanksiyalar altında birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır. Yaxın günlərdə D.Trampın məktubuna cavab verəcəyik və müvafiq kanallar vasitəsilə göndərəcəyik", - o bildirib.

Xatırladaq ki, martın 7-də D.Tramp bildirib ki, o, Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılmasını təklif edən mesaj göndərib.

Seçilən
29
18
bakivaxti.az

10Mənbələr