AZ

“Qarabağ” bu legionerlə də yollarını ayırır

2021-ci ildən “Qarabağ”ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.

KONKRET.az Sportinfo.az-a istinadən xəbər verir ki, müqaviləsi yayda bitəcək müdafiəçi Polşaya qayıda bilər.

Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır.

“Qarabağ” Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmaq qərarına gəlib

Ağdam təmsilçisi artıq bu barədə müdafiəçini məlumatlandırıb.

Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Monteneqro yığmasının futbolçusuna özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.

Ölkəmizə Polşadan gələn “Legiya”nın sabiq kapitanı bir ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.

Seçilən
132
12
konkret.az

10Mənbələr