AZ

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Bakı. Trend:

“Deutsche Bank” bu il təxminən 2 min iş yerini ixtisar etməyi vəfiliallarının sayını azaltmağı planlaşdırır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bankın rəhbəri Kristian Zevinq birkonfransda “əhəmiyyətli sayda” filialın bağlanacağını, işyerlərinin ixtisarı üçün tələb olunan vəsaitin artıq ayrıldığınıbildirib.

“Deutsche Bank” ötən ilin sentyabrında fərdi müştərilərəxidmətin əsasən video və telefon vasitəsilə göstəriləcəyini vəixtisarların aparılacağını açıqlamışdı. Bununla əlaqədar, bank işçiheyətinin nümayəndələri ilə danışıqlar aparacağını bildirmişdi.Hazırda bankın dünya üzrə 90 min əməkdaşı var. Təkcə Almaniyada“Deutsche Bank”a məxsus 380, “Postbank”a aid isə 470 filialfəaliyyət göstərir.

Bankın rəhbərliyi süni intellektin geniş tətbiqi və idarəetməstrukturunun sadələşdirilməsi ilə xərcləri azaltmağı hədəfləyir.Yeni “Deutsche Bank 3.0” proqramı çərçivəsində bankıngəlirliliyinin artırılması planlaşdırılır.

Ötən il “Deutsche Bank”ın mənfəəti 5,3 milyard avro təşkil edibki, bu da əvvəlki illə müqayisədə 7 faiz azdır.

Seçilən
61
3
az.trend.az

4Mənbələr