AZ

Türkiyə ilə Ermənistan arasında sərhəd 10 günlük açılır

Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.

Bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.

“Bu layihənin qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına humanitar yardımın daha tez və daha az xərclə çatdırılmasına imkan yaradacaq” – qərarın əsaslandırılması göstərilir.

Seçilən
27
10
azpost.info

10Mənbələr