AZ

Türkiyə Ermənistanla quru sərhəddini açır - Tarix AÇIQLANDI

Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-buraxılış məntəqəsini müvəqqəti olaraq açmaq barədə qərar qəbul edib.

Avtosfer.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, buna səbəb Ermənistanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırmasıdır.

Məlumata görə, sözügedən məntəqə martın 21-dən 31-nə qədər açıq olacaq.

Qeyd edilib ki, Ermənistan və Suriya nümayəndələri humanitar yardımın göstərilməsi məsələsini müzakirə etmək barədə razılığa gəliblər: “Sərhəd-buraxılış məntəqəsinin açılması yüklərin Suriyaya quru yolu ilə çatdırılmasına və bununla da daşınma xərclərini azaltmağa imkan verəcək”.

Seçilən
130
2
avtosfer.az

3Mənbələr