Azərbaycan Basketbol Liqasında maraqlı müsabiqəyə start verilib.
Apasport.az xəbər verir ki, "Sabah" Basketbol Klubu ilə birlikdə "Azərlotereya" basketbol azarkeşləri üçün “Beşdə5” müsabiqəsini təqdim edib:
Bu əyləncəli yarışmada iştirak edərək 5555 manat qazanmaq şansı əldə edə bilərsiniz.
Bunun üçün sadəcə "Sabah" komandasının ev oyunlarına gəlmək və müsabiqəyə qatılmaq kifayətdir.
Müsabiqənin şərtləri olduqca sadədir. Oyundan öncə azarkeşlərə nömrələr paylanacaq və böyük fasilə zamanı təsadüfi seçim əsasında üç nəfər müəyyən ediləcək. Seçilmiş iştirakçılar beş fərqli nöqtədən beş atış etmə şansı qazanacaq. Əgər iştirakçıların biri beş atışın hamısını dəqiq yerinə yetirsə, “Azərlotereya”dan 5555 AZN mükafat əldə edəcək.
Müsabiqə ilin sonunadək “Sabah” komandasının ev oyunları boyunca davam edəcək.
ABL: "Şəki" "Gəncə"ni məğlub edib
ABL: XIX tura bu gün yekun vurulacaq
“Abşeron”dan səfər qələbəsi
Alberto Blanko: “Müdafiədə çox yaxşı oynadıq”
Georgi Kondruseviç: “Bunu aradan qaldırmağa çalışırıq”