AZ

Rubio: 21-ci əsrin hadisəsi ABŞ və Çin arasında baş verənlər olacaq

Birləşmiş Ştatlar və Çin arasındakı münasibətlər bütün 21-ci əsrin tarixinin cərəyan edəcəyi əsas amil olacaq.

Ölkə.Az xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Marko Rubio deyib: "Məncə, 21-ci əsrin əsas tarixi hadisəsi ABŞ və Çin arasında baş verənlərlə bağlı olacaq".

Rubio bəyan edib ki, Vaşinqtonun Pekindən asılı vəziyyətə düşdüyü hadisələrin inkişafı yolverilməzdir. "Biz Çinlə əlaqə saxlamalıyıq, əlaqə qurmamaq məsuliyyətsizlik olardı, lakin biz də Çindən asılı olduğumuz bir dünyada yaşamaq istəmirik",- Rubio qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
26
3
olke.az

4Mənbələr