AZ

Novruz bayramı xalqımızın mənəvi dünyasının təcəssümüdür

Bakı. Trend:

Azərbaycan xalqının minilliklərə söykənən milli-mənəvi dəyərlərihər birimizin böyük qürur mənbəyidir. Çünki bizi dünyayatanıtdıran, təqdim edən əsas amillərdən biri də məhz bağlıolduğumuz dəyərlərimiz, mənəvi dünya görüşümüzdən xəbər verənadət-ənənələrimiz və bayramlarımızdır. Böyük coşqu ilə qarşılayaraqqeyd etdiyimiz Novruz bayramı da ən gözəl mənəvi dəyərlərimizdənbiridir.

Novruz yeni həyat mənasını daşımaqla baharın gəlişini özündə əksetdirən bayramdır. Tarixən xalqımız təbiətin canlanmasını yazınbaşlanması ilə bağlamışdır. Məhz bu fəsildə torpaq qış yuxusundanoyanır, ağaclar çiçək açır, havalar isinir, gecə ilə gündüzbərabərləşir. Beləliklə, yeni həyat başlayır və bütün bunlarıxalqımız Novruz bayramı kimi qeyd edir, bu münasibətlə mənəvi dünyagörüşündən irəli gələn şənliklər keçirir. Əcdadlarımızın,ata-babalarımızın əsrlərdən əsrlərə ötürərək yaşatdığı Novruzdabütün evlərdə bayram süfrələri açılır, qohumlar, dostlarbir-birinin evinə qonaq gedir, küsülülər barışır, vəfat edənlərinqəbirləri ziyarət olunur. Novruz günlərində tonqal qalamaq, papaqatmaq, yumurta döyüşdürmək, qapı pusmaq bu bayramın gözəladətlərindəndir. Eyni zamanda Novruz günlərində bütün evlərdəbolluq rəmzi olan səməni yetişdirilir, bayram süfrələrinin bəzəyiolan şəkərbura və paxlava bişirilir. Bu bayramın ən yaddaqalanməqamlarından biri isə el şənliklərinin keçirilməsi,kəndirbazların, pəhləvanların öz güclərini göstərmələri, kosa vəkeçəlin sərgüşətlərindən ibarət komik tamaşaların nümayişetdirilməsidir.

Bütün bu ənənənələr və bayram mərasimləri paklığı, mühüm insanidəyərləri, Azərbaycan xalqının tarixini, yüksək mənəvi irsini,zəngin folklorunu və milli fəlsəfəsini özündə ehtiva edir. Ona görəxalqımız hər zaman Novruz bayramını əziz tutub. Martın 18-də bayrammünasibətilə xalqımızı təbrik edən cənab Prezident İlham ƏliyevNovruz bayramının milli təfəkkürümüzün ayrılmaz parçası kimiənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığınıbildirərək deyib:

«Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdənbiri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruzmərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərinyaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng elşənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsitarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir».

Novruz bayramı bir sıra Şərq ölkələrində, o cümlədən türkdövlətlərində də qeyd olunur. Amma Novruz ən gözəl şəkildə və ənyüksək səviyyədə, əsl bayram əhval-ruhiyyəti ilə məhz Azərbaycandakeçirilir. Təsadüfi deyil ki, bayram günlərində respublikamızagələn xarici turistlərin də sayı artır.

Bir məsələni də qeyd etməliyik ki, sovet hakimiyyəti illərindəAzərbaycanda digər milli-mənəvi dəyərlərimizlə yanaşı Novruzbayramı da repressiv qərarlara məruz qalmışdı. Bu bayramınkeçirilməsi qadağan olunmuşdu. Lakin sərt sovet ideologiyasıNovruzu, onun gözəl adətlərini xalqımızın milli şüurundan siləbilmədi. Azərbaycan xalqı 70 il ərzində Novruz ənənələrini, elşənliklərini hafizəsində yaşatdı, qorudu və gələcəyə ötürdü.Xüsusilə, məhz Ulu Öndər Heydər Əliyevin sovet illərindərespublikamıza rəhbərliyi dövründə Azərbaycanda geniş vüsət alanmilli-mənəvi hərəkatın əsas göstəricilərindən biri Novruzbayramının daha kütləvi və təmtəraqlı qeyd olunması idi. Bu daondan irəli gəlirdi ki, Ulu Öndər Heydər Əliyev bir azərbaycanlıkimi öz xalqının adətlərinə və milli ənənələrinə son dərəcə bağlıidi.

Təbiətin oyanışının, bolluğun, bərəkətin və xeyirxahlığıntəcəssümü olan Novruz bayramı həm də UNESKO tərəfindən beynəlxalqsəviyyədə qeyd edilir. Belə ki, 2009-cu ildə Birləşmiş ƏrəbƏmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO-nun Qeyri-MaddiMədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyasıçərçivəsində qəbul edilən qərara əsasən Novruz bayramı UNESCO-nunQeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu isəAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və böyük səyinəticəsində mümkün olub.

BMT tərəfindən isə 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elanolunub. Bununla bağlı qətnamə BMT Baş Assambleyasının 23 fevral2010-cu il tarixində keçirilmiş 64-cü sessiyasında qəbulolunub.

Məlum olduğu kimi bir neçə il əvvələ qədər Novruz bayramındaəsas arzu və diləyimiz torpaqlarımızın işğaldan azad edilməsi,növbəti belə bayramın Qarabağda keçirilməsi ilə bağlı olurdu.Xalqımız isə torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. Buəminliyi daha da gücləndirən Ulu Öndər Heydər Əliyevin müəllifiolduğu güclü dövlətçilik siyasəti, Prezident İlham ƏliyevinAzərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəltməsiidi. Vaxtilə Ulu Öndər Heydər Əliyev Novruz bayramı münasibətiləMərdəkandakı "Abşeron" sanatoriyasında məcburi köçkünlərləgörüşündə demişdi:

«Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o günolacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, obiri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda,Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır».

Artıq 5 ildir ki, Ümummilli Lider Heydər Əliyevin bu arzusu çinolub. Ulu Öndərin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevcənablarının Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızişğaldan azad edilib, respublikamızın ərazi bütövlüyü təmin edilib.Artıq beşinci ildir ki, Novruz bayramının sevinci 30 ilə yaxın bubayrama həsrət qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarındayaşanır.

Möhtərəm Prezident İlham Əliyevin hər il Novruzda işğaldan azadedilən ərazilərə səfər etməsi, burada alovlandırdığı bayramtonqalları hər birimizi dərindən qürurlandırır, xalqımıza fərəhhissi yaşadır. Müzəffər Ali Baş Komandanın 2021-ci ildə Şuşada,2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildəXankəndidə, 2025-ci ildə isə Ağdərə rayonunun Həsənriz kəndindəalovlandırdığı bayram tonqalları həm də Zəfərimizi bütün dünyabəyan edir. Bu tonqallar və cənab İlham Əliyevin doğma yurdlarınageri qayıtmış keçmiş məcburi köçkünlərlə işğaldan azad edilənərazilərdə keçirdiyi bayram görüşləri isə Ulu Öndər Heydər Əliyevinvaxtilə söylədiyi fikirlərin həyata vəsiqə almasınıngöstəriciləridir.

Eyni zamanda cənab Prezident İlham Əliyevin xalqımıza bayramtəbrikləri də artıq beşinci ildir ki, özündə həm də Zəfərimizi,torpaqlarımızın azadlığını tərənnüm edir.

Torpaqlarımızın işğaldan azad edilməsindən və bütün ərazilərimizüzərində milli suverenliyimizin təmin olunmasından sonra xalqımızNovruz bayramını tamamilə başqa əhval-ruhiyədə, qürurla və Zəfərcoşqusu ilə qarşılayır. Başqa cür desək, xalqımız öz mənəvidünyasının təcəssümü olan Novruzu indi könül dolusu ilə qeyd edir.Bayramımız mübarək olsun!

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Seçilən
165
3
az.trend.az

4Mənbələr