AZ

Kreml: Rusiya və ABŞ arasında danışıqlar yaxın günlərdə baş tuta bilər

Rusiya və ABŞ-nin texniki qrupları arasında danışıqlar həqiqətən də yaxın günlərdə, şərti olaraq gələn həftənin əvvəlində baş tuta bilər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlarla bağlı son detallar hazırda razılaşdırılır.

Peskov yaxın günlərdə Rusiya və ABŞ danışıqlarının digər məsələlərlə yanaşı, “Qara dəniz təşəbbüslərinin” yenilənməsinə də həsr olunacağını vurğulayıb.

Kreml sözçüsü Moskvanın Vaşinqtonla ekspertlər səviyyəsində danışıqların davam edəcəyinə ümid etdiyini söyləyib.

Seçilən
88
3
demokrat.az

4Mənbələr