AZ

İmamoğlunun həbsinə Kremldən reaksiya


“İstanbul meri Əkrəm İmamoğlunun həbsi məsələsi ölkənin daxili işidir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, sözügedən məsələ Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müzakirə mövzusu olmayacaq.

“Biz yanaşmalar barədə danışmağı xoşlamırıq. Həmçinin başqa ölkələrin işlərinə qarışmırıq”, – Peskov vurğulayıb.

Onun sözlərinə görə, Putin və Ərdoğan arasında bu həftə heç bir təmas planlaşdırılmır.

Seçilən
79
1
news24.az

2Mənbələr