“Ümid edirik ki, ABŞ ilə ekspertlər səviyyəsində danışıqlar davam edəcək və yaxın günlərdə aparılacaq”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında bildirib.
Rusiya və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşü ilə bağlı sualı cavablandıran Peskov deyib ki, dünən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts arasında telefon danışığı olub.
Peskov, həmçinin qeyd edib ki, danışıqlar gələn həftənin əvvəlində baş tuta bilər: “Rusiya və ABŞ prezidentləri telefon danışığı zamanı iki ölkə arasında danışıqlara ehtiyac olduğunu bildiriblər. Hazırda son detallar üzərində iş aparılır. Danışıqlar bazar günü deyil, gələn həftənin əvvəlində aparıla bilər”.