AZ

Azərbaycan çempionatında rekord - 10:0 hesablı qələbə qazandılar- Video

Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb.   Manset.az xəbər verir ki, “Şəfa” II Liqanın XVII turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib Bununla da Bakı komandası ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.  Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar II Liqada ötən il keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib.  Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub. Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb. 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 

 

Seçilən
59
5
manset.az

10Mənbələr