AZ

Putin Lukaşenkonu Trampla söhbəti barədə məlumatlandırıb

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı ona Amerika lideri Donald Trampla söhbətinin təfərrüatları, o cümlədən Ukraynadakı vəziyyət barədə məlumat verib.

“İki sahil” bu barədə Belarus prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir.

Qeyd olunub ki, tərəflər Belarus-Rusiya münasibətlərinin inkişafını, ölkələr arasında inteqrasiya məsələlərini, qarşıdan gələn birgə tədbirlərin qrafikini müzakirə ediblər.

Belarusun 2025-ci ildə Aİİ-yə sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Seçilən
97
5
ikisahil.az

6Mənbələr